“İnci Group of Company” 20 oktyabr 2023-cü il tarixində Bəhram Bağırzadə ilə imza günü təşkil edib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, görüş Mehdi Abbasov 13B ünvanında yerləşən “Super Ofisait” mağazasında baş tutmuşdur.

Qeyd edilib ki, görüş günündə uşaqdan-böyüyə hər kəsin iştirakı tamamilə ödənişsiz olub.

Tədbirin əvvəlində öz xatirələrindən bəhs edən Bəhram Bağırzadə, müəllifi olduğu kitabların məzmunu və mahiyyəti ilə bağlı düşüncələrini iştirakçılarla bölüşüb.

İmza gününü keçirilməsində məqsəd uşaqlar üçün daha effektiv yanaşmaları ön plana çəkmək, düzgün reaksiya və valideyn münasibətlərini tənzimləmək olub. 

Bəhram Bağırzadə öz təcrübələrindən sitatlar gətirərək valideynləri övladları ilə bağlı daha diqqətli və anlayışlı olmağa səsləyib.