“Məktəblərə kitab ianəsi” layihəsi davam edir

“Məktəblərə kitab ianəsi” layihəsi davam edir

“İnci” Şirkətlər qrupu və Təhsilin inkişafı fondunun “Məktəblərə kitab ianəsi” layihəsi davam edir. 12 mart tarixində Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş baş tutub. Görüşün əsas məqsədi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub. Layihə müddətində…

“Super Ofisait”da Oriqami yarışı keçirilib

“Super Ofisait”da Oriqami yarışı keçirilib

3 mart 2024-cü il tarixində “Super Ofisait”da uşaqların yaradıcı əl bacarıqlarını inkişaf etdirmək məqsədilə Oriqami yarışı keçirilib. Bu barədə “İnci Group of Company”dən bildirilib. Qeyd edilib ki, yarış 5-9 yaş arası uşaqların iştirakı ilə baş tutub. İlk öncə kağız qatlama sənəti haqqında təməl məlumatlar verilib və hazırlanacaq fiqurlar ətraflı şəkildə təqdim edilib. Təyin edilmiş müddət ərzində uşaqlar yeni bacarıqlara yiyələnməklə…

“İnci” şirkətlər qrupu “Düşünən Şagird” müsabiqəsi qaliblərinə kitab hədiyyə etdi!

“İnci” şirkətlər qrupu “Düşünən Şagird” müsabiqəsi qaliblərinə kitab hədiyyə etdi!

Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Düşünən Şagird” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Tədbirin başlanğıcında Dövlət Himni səsləndirilmiş və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Bildirilib ki, “Düşünən Şagird” müsabiqəsi şagirdləri mütailəyə həvəsləndirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Gənclər bu gün və gələcəkdə ölkəni təmsil edən əsas qüvvə…

Bakıda daha bir “Ofisait” filialı açıldı

Bakıda daha bir “Ofisait” filialı açıldı

Ofisait mağazalar şəbəkəsinin daha bir filialı istifadəyə verildi. “İnci Group of Company”dən açıqlanmış məlumatda bildirilir ki, 05.02.2024-cü il tarixində “Ofisait” şəbəkəsinin yeni filialı Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 119 D ünvanında fəaliyyətə başlayıb. Açılış mərasimində “İnci” şirkətlər qrupunun rəhbər heyəti və digər əməkdaşlar iştirak edib. Müştərilər böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb. Yeni filial bugündən etibarən hər büdcəyə…

“İnci Gorup of Companies” şirkətinin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı çərçivəsində 2023-cü ildən başlayaraq region məktəblərinə kitablar ianə edilir.

“İnci Gorup of Companies” şirkətinin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı çərçivəsində 2023-cü ildən başlayaraq region məktəblərinə kitablar ianə edilir.

“İnci Gorup of Companies” şirkətinin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı çərçivəsində 2023-cü ildən başlayaraq region məktəblərinə kitablar ianə edilir. Layihə əsasında Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. Xüsusilə, regionlarda təhsilalanların inkişafına və təhsildə yüksəlişinə önəm verən “İnci Group of Companies” şirkəti tərəfindən il ərzində…

Ofisait “Komedixana”-ın solo konsertində

Ofisait “Komedixana”-ın solo konsertində

“İnci Group of Company” tərəfindən bildirilir ki, şirkət kollektivi Oyal brendi və İzə nəşriyyatı ilə birlikdə “Komedixana”-ın Heydər Əliyev sarayında keçirilən “Qar Topu” adlı solo konsertində iştirak etmişlər. Şirkət, Ofisait mağazalar şəbəkəsinin Ofi və Sait personajları ilə konsertdə iştirak edən qonaqlara Oyal brendi və İzə nəşriyyatına məxsus məhsulları təqdim etmişdir. Valideynlər məhsullar haqqında ətraflı məlumat əldə edərkən balacalar Ofi və…

“Super Ofisait”da Daun sindromlu uşaqlara özəl Yeni il şənliyi keçirilib

“Super Ofisait”da Daun sindromlu uşaqlara özəl Yeni il şənliyi keçirilib

13 Dekabr 2023-cü il saat 11:00-da “Super Ofisait” da Daun sindromlu uşaqlara özəl təşkil edilmiş Yeni il şənliyi keçirilmişdir. Bu barədə “İnci Group of Company”dən bildirilib ki, şənlik “Ofisait” mağazalar şəbəkəsinin və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai birliyin birgə əməkdaşlığı çərçivəsində baş tutub.Şən musiqilərlə qarşılanan uşaqlar, onlar üçün tərtib edilmiş müxtəlif rəsmləri boyayaraq birgə əyləncəli vaxt keçirmişlər. Sonda “Ofisait”…

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Gəncə şəhərində keçirilib

“Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində növbəti görüş Gəncə şəhərində keçirilib

Dövlət- özəl tərəfdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsinin növbəti benefisiarı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi oldu.  Regionun aparıcı təhsil müəssisələrindən biri olan Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbində baş tutan görüşdə region məktəblərinə 800 kitab hədiyyə edildi. Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov,…

4000 kitab “İnci Group of Companies” tərəfindən region məktəblərinə ianə edilib

4000 kitab “İnci Group of Companies” tərəfindən region məktəblərinə ianə edilib

Sentyabrın 27-də “Inci Group of Companies” şirkətinin təsisçisi Mikayıl Yusifov Təhsilin İnkişafı Fondunun qonağı olub. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov qonağı salamlayaraq Fondla səmərəli əməkdaşlıq üçün ona öz təşəkkürünü bildirib. Görüş çərçivəsində şirkət tərəfindən ucqar kənd məktəblərinə kitabların paylanılması, regional təhsil idarələrində müəllimlərlə görüşlərin təşkil edilməsi və digər istiqamətlər üzrə perspektiv əməkdaşlıq imkanları müzakirə edilib. Yekunda “Inci…

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitab ianə edildi

Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitab ianə edildi

1 dekabr tarixində Şamaxı şəhər 2 saylı tam orta məktəbdə şagird və müəllimlər ilə görüş baş tutub. Görüşün əsas məqsədi Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə 800 kitabın təhvil verilməsi olub. Görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Xanım Daşdəmirova, Dağlıq Şirvan Regional…