Ofisait mağazalar şəbəkəsinin Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva 235A ünvanında yerləşən 28 may mağazasında “Açıq qapı günü” keçirilib.

Ofisait mağazalar şəbəkəsini idarə edən “İnci Group of Company”dən tərəfindən keçirilən tədbir 10.07.2023-cü tarixdə baş tutub.

Tədbirdə müxtəlif vəzifələr üzrə vakansiyalar yer alıb. Namizədlər bir neçə vakansiyaya müraciət ediblər. Yay tətili müddətində bir çox tələbələr də Ofisait mağazalarında satış sahəsi üzrə təcrübə qazanacaqlar.

“Açıq qapı  günü” İnci şirkətlər qrupunun İnsan resursları və Satış Departamentinin təcrübəli əməkdaşlarının iştirakı ilə həyata keçirilib.