Bayram və digər əlamətdar günlərdə şəhid anaları ve qazi ailələrini diqqətdə saxlayan “Inci Group of Companies” 14 may “Analar Günü” münasibətilə şəhid analarını da unutmayıb.

Dünyanın ən müqəddəs varlığı olan analar günü münasibəti ilə “KHUR Side” restoranı, “Ofisait” mağazalar şəbəkəsi şəhid anaları üçün bayram tədbiri keçirilib.

Tədbirdə Mingəçevirin xanəndə xanımı Z.Hacıyeva, “Banu” rəqs qrupu iştirak edib. “M.D.D.T əməkdar aktrisasi Ella Yaqubova və gənc aktyor Paşa bəy analara aid müxtəlif şeirlər səsləndiriblər.

“KHUR Side” restoranı tərəfindən şəhid analarına bayram süfrəsi təşkil olunmaqla yanaşı vətənə layiqli, mərd və tarix yazan övladlar bəxş etdiklərinə görə təşəkkürnamələr verilib.

“Ofisait” mağazalar şəbəkəsi isə bayram münasibəti ilə analara “Frauzen” brendinin mətbəx məhusullarından hədiyyə edib. 14 may Analar günü münasibəti ilə hazırlanmış bayram tədbirində “İnci Group of Companies”  Khurside restoranın Mingəçevirdə olan digər iaşə servis müəssisələrinə sosial çərçivədə  örnək addım atmağı ilə bir daha fərqlilik yaratdı.