50-yə yaxın şirkətin iştirak etdiyi “BYF EduExpo 2022” təhsil sərgi-yarmarkasında “İnci Group of Companies” QSC-nin tərkibində olan “OFİSAİT” mağazalar şəbəkəsi və İZƏ nəşriyyatı da iştirak etmişdir.

“Gələcəyini inşa et!” devizi ilə təşkil olunmuş sərginin məqsədi təhsil sektorunda xidmət göstərən subyektlərinin tanıdılması, əməkdaşlıq imkanlarının genişləndirilməsi və bizneslərinin inkişafına dəstək olmaqdır.

Sərgi çərçivəsində ziyarətçilər xarici dil kursları və imtahan mərkəzləri, psixoloji testlər və xidmətlər, yerli və beynəlxalq özəl məktəblərin proqramları, aparıcı ali təhsil müəssisələrinə müraciət və qəbul prosesi, təhsil və xidmət haqqı və digər məsələlərlə bağlı məlumat almaq imkanı əldə etmişlər.