“Ofisait” bazarda irəliləməkdə davam edir.

“İnci Group of Company”dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Ofisait” şəbəkəsinin Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov 7 ünvanında (Qara Qarayev m/st yaxınlığı) yerləşən iri “Kitab Ofisait” mağazası daha da genişləndirilib.
İndi “Kitab Ofisait” mağazasında kitablar, ofis və dəftər ləvazimatlarından əlavə məişət texnikaları və elektronika məhsulları da satılacaqdır.
Möhtəşəm interyeri ilə diqqətləri cəlb edən mağazanın yeni bölməsinin açılışında “Komedixana” komandası da iştirak edib.
Əlavə olaraq “Quicks və Frauzen” brendlərinə məxsus məişət texnikası və elektronika avadanlıqları “Ofisait” mağazalarında öz müştərilərinin yolunu gözləyir. Bol çeşid, yüksək keyfiyyət və cibinizə uyğunluğu ilə “Ofisait” mağazaları xidmətinizdədir.