3 mart 2024-cü il tarixində “Super Ofisait”da uşaqların yaradıcı əl bacarıqlarını inkişaf etdirmək məqsədilə Oriqami yarışı keçirilib.
Bu barədə “İnci Group of Company”dən bildirilib.
Qeyd edilib ki, yarış 5-9 yaş arası uşaqların iştirakı ilə baş tutub. İlk öncə kağız qatlama sənəti haqqında təməl məlumatlar verilib və hazırlanacaq fiqurlar ətraflı şəkildə təqdim edilib. Təyin edilmiş müddət ərzində uşaqlar yeni bacarıqlara yiyələnməklə yanaşı, komanda ilə birlikdə əyləncəli vaxt keçiriblər.
Sonda bütün iştirakçılar təltifnamə ilə təltif olunub. Əl bacarıqlarını məharətlə sərgiləyən 3 iştirakçı qalib seçilib “Ofisait” mağazalar şəbəkəsi tərəfindən hazırlanan xüsusi hədiyyələrlə mükafatlandırılmışdır.
“Qalibləri təbrik edir, iştirak edən hər kəsə isə öz təşəkkürümüzü bildiririk!”,- Şirkətin məlumatında bildirilir.