13 Dekabr 2023-cü il saat 11:00-da “Super Ofisait” da Daun sindromlu uşaqlara özəl təşkil edilmiş Yeni il şənliyi keçirilmişdir. Bu barədə “İnci Group of Company”dən bildirilib ki, şənlik “Ofisait” mağazalar şəbəkəsinin və “Qayğı – Sağlam Nəsil Naminə” İctimai birliyin birgə əməkdaşlığı çərçivəsində baş tutub.Şən musiqilərlə qarşılanan uşaqlar, onlar üçün tərtib edilmiş müxtəlif rəsmləri boyayaraq birgə əyləncəli vaxt keçirmişlər. Sonda “Ofisait” mağazalar şəbəkəsinin xüsusi hazırladığı hədiyyələr “Şaxta baba” tərəfindən uşaqlara təqdim edilmişdir. Böyük sevinclə və coşğuyla qarşılanan “Şaxta baba” uşaqlarla rəqs edərək şənliyi yekun əyləncə ilə başa vurmuşdur.