Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçirilən “Düşünən Şagird” müsabiqəsinin qalibləri mükafatlandırıldı.
Tədbirin başlanğıcında Dövlət Himni səsləndirilmiş və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Bildirilib ki, “Düşünən Şagird” müsabiqəsi şagirdləri mütailəyə həvəsləndirmək, oxu, yazı və təxəyyül bacarıqlarını inkişaf etdirmək baxımından böyük əhəmiyyətə malikdir. Gənclər bu gün və gələcəkdə ölkəni təmsil edən əsas qüvvə kimi özünəinamlı olmalıdır. Dəyərlərimizi qorumaq, Vətəni təmsil etmək isə hər kəsin borcudur. Bütün bunların açarı isə elmdə, kitabdadır. Müsabiqədə I, II, və III yerin qaliblərinə diplom təqdim edilmişdir. Həvəsləndirici yer tutan iştirakçılar tərifnamə, digərləri isə fəal iştiraklarına görə təşəkkürnamə ilə təltif ediliblər. Mükafatlandırma tədbirində “İnci” şirkətlər qrupu gənclərin mütailəyə, kitablara olan marağına xüsusi dəstək məqsədilə qaliblərin hər birinə müxtəlif kitablar hədiyyə etmişdir.