Ofisait mağazalar şəbəkəsinin daha bir filialı istifadəyə verildi.

“İnci Group of Company”dən açıqlanmış məlumatda bildirilir ki, 05.02.2024-cü il tarixində “Ofisait” şəbəkəsinin yeni filialı Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 119 D ünvanında fəaliyyətə başlayıb.
Açılış mərasimində “İnci” şirkətlər qrupunun rəhbər heyəti və digər əməkdaşlar iştirak edib. Müştərilər böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanıb.

Yeni filial bugündən etibarən hər büdcəyə uyğun, fərqli və keyfiyyətli çeşidləri ilə müştərilərinin üzünə açıqdır. Burada məktəblilər üçün bir-birindən maraqlı vəsaitlər, öyrədici oyunlar, dəftərxana ləvazimatları və s. yer alır. Eyni zamnada “Ofisait” mağazalarında ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektronik əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və s. kimi məhsullar təklif olunur.