“İnci Gorup of Companies” şirkətinin Təhsilin İnkişafı Fondu ilə əməkdaşlığı çərçivəsində 2023-cü ildən başlayaraq region məktəblərinə kitablar ianə edilir. Layihə əsasında Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. Xüsusilə, regionlarda təhsilalanların inkişafına və təhsildə yüksəlişinə önəm verən “İnci Group of Companies” şirkəti tərəfindən il ərzində daha 5000 kitabın Təhsilin İnkişafı Fondu-na ianə edilməsi planlaşdırılır.

“Təhsildən Tərəqqiyə” adlı tədbirdə “İnci Gorup of Companies” şirkəti də iştirak edib. Şirkətlər qrupu Fondun reallaşdırdığı layihələrə göstərdiyi dəstəyə görə Tərəfdaşlıq sertifikatı ilə təltif olunub. Sertifikatı “İnci Gorup of Companies” QSC-nin rəhbəri Mikayıl Yusif qəbul edib.