“İnci Group of Company”dən bildirilir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 13 dekabr 2023-cü il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan könüllülük həftəsi çərçivəsində “AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN VI HƏMRƏYLİK FORUMU” keçirilmişdir. Forumda 3000-ə yaxın könüllü iştirak etmişdir. Onların il ərzindəki fəallıq və bacarıqlarını dəyərləndirmək, diqqət mərkəzində saxlamaq və təşəkkür etmək məqsədilə forum Karyera sərgisi ilə açılmışdır.“İnci Group of Company” şirkəti forumda ön sıralarda yer alaraq könüllülərin karyera yüksəlişinə dəstək hədəfli iş imkanları haqqında iştirakçıları məlumatlandırmışdır. Mövcud vakant yerlər bir çox könüllünün diqqət mərkəzində olmaqla yanaşı, şirkət tərəfindən də eyni həssaslıq və diqqətlə qarşılanıb. Könüllülük fəaliyyəti əsnasında öz bacarıq və qabiliyyətlərini xalqın mənafeyi və cəmiyyətimizin inkişafı üçün səfərbər edən hər bir könüllü “İnci Group of Company” şirkəti tərəfindən təqdir edilib. Şirkət bu bacarıqların daha böyük miqyaslı təsirlərə malik olması üçün hər bir şəxsə karyera yüksəlişində bir çox imkanlar tanımışdır. Forum çərçivəsində ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə simvolik olaraq 100 Azərbaycan könüllüsü il ərzindəki fəal təşəbbüslərinə görə mükafatlandırılıblar. Forumun rəsmi açılışında öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib