“İnci” Şirkətlər qrupu və Təhsilin inkişafı fondunun “Məktəblərə kitab ianəsi” layihəsi davam edir. 12 mart tarixində Quba rayon Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin şagirdləri, müəllimləri və valideynlər ilə görüş baş tutub. Görüşün əsas məqsədi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində Quba-Xaçmaz Regional Təhsil İdarəsinə kitabların təhvil verilməsi olub. Layihə müddətində…
