“İnci Şirkətlər” Qrupunun satış və distribütor şirkəti kimi fəaliyyətinin əsası 1995-ci ildə qoyulmuşdur. Şirkətlər Qrupunun fəaliyyət sahəsinə geniş məhsul çeşidləri daxil olmaqla pərakəndə satış, mağazalar şəbəkəsi, logistika, xidmət və iaşə, təhsil sektoru və s. kimi sahələr daxildir. 1995-ci ildən etibarən öz fəaliyyətini genişləndirən şirkət hazırda dünyanın bir çox tanınmış markalarının ölkə üzrə distribusiyasını həyata keçirir.
İnci Şirkətlər Qrupu 5 əsas biznes sahəsi üzrə fəaliyyət göstərir. Bunlar PƏRAKƏNDƏ SATIŞ ,KORPORATİV, MAĞAZALAR ŞƏBƏKƏSİ, TƏHSİL SEKTORU,XİDMƏT, İAŞƏ və İSTEHSAL sahələrini əhatə edir. Qrupa daxil olan şirkətlərdə iş yeri ilə birbaşa təmin edilir və ümumilikdə bizim müəssisələrimizin bazarda iştirakı ilə əlavə iş yerinin yaranmasına təkan veririk.
Fəaliyyət istiqamətlərini genişləndirərək bazarda istehsalçı şirkət kimi tanınmağa başlamışdır.İstehsal olunan məhsullar sırasına “Oyal”,”Özokul”,”İzə” markaları daxildir.
2007-ci il mart ayından İnci Şirkətlər Qrupu dəftərxana sahəsində pərakəndə sektorda “Ofisait” markası altında fəaliyyətini davam etdirməyə başlamışdır. “Ofisait” mağazalar şəbəkəsi ölkə üzrə 32-dən artıq mağaza ilə müştərilərinə xidmət edir. Mağazalarda ofis və dəftərxana ləvazimatları,elektrik və məişət texnikası,porselen və daha çox məhsulların satışı həyata keçirilir