İNCİ şirkətlər qrupunun tərkibində olan KHUR SIDE restoranı yeni il qabağı xüsusi qayğıya ehtiyacı olan uşaqları sevindirib. KHUR SIDE ailəsi daha bir sosial layihəni və xeyirxahlıq borcunu yerinə yetirdi. Onlar, Mingəçevir Şəhər Uşaq nevroloji sanatoriyasında məskunlaşmış kimsəsiz və əlil uşaqlar üçün bayram tədbiri təşkil etdilər. Tədbirdə bayram süfrəsi ilə yanaşı şən klounlar da uşaqların sevincinə səbəb oldular. KHUR SIDE ailəsi Ofisait mağazalar şəbəkəsindən hədiyyə paketlərini uşaqlara verməyi unutmadılar.