“Ofisait” mağazalar şəbəkəsinin daha bir filialı istifadəyə verilib.

“İnci Group of Company”dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Ofisait” şəbəkəsinin yeni filialı Yasamal rayonu, Moskva prospekti 45C ünvanında fəaliyyətə başlayıb.

Açılış mərasimində “İnci” şirkətlər qrupunun rəhbər heyyəti və digər əməkdaşlar iştirak edib.

Yeni filial bugündən etibarən ucuz və keyfiyyətli məhsullarla öz müştərilərin üzünə açıqdır. “Ofisait” mağazalarında dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektronik əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitablar və s. məhsullar təklif olunur.

“Ofisait” mağazalar şəbəkəsində OYAL, ASSİS, QUİCKS, Cassa, SilSil, Frauzen, Hansbur, Zyklen və s. markaların məhsullarını əldə etmək mümkündür.