“Ofisait” mağazalar şəbəkəsinin təşkilatçılığı ilə Milli Kitab Sərgisi keçirilir.

Marja xəbər verir ki, sabah da davam edəcək sərgi Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küç, 7 ünvanında (Qara Qarayev metrosundan 5-7 dəqiqəlik məsafə) yerləşən “Kitab Ofisait” mağazasında təşkil olunub.
Zəfər Bayramına həsr edilən sərgidə ölkənin ən tanınmış nəşriyyatları iştirak edir.
Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 70%-dək endirimlər tətbiq olunub.
Sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza mərasimləri, uşaqlar üçün əyləncəli oyunların keçirilməsi planlaşdırılır.

Sərgi saat 19:00-dək davam edəcək. Bütün kitabsevərlər dəvətlidir.
Qeyd edək ki, Milli Kitab Sərgisi davamlı olacaqdır. Belə ki, hər ayın ilk şənbə və bazar günləri “Kitab Ofisait” mağazasında Milli Kitab Sərgisi təşkil ediləcəkdir.