Geniş yayılmış mağaza şəbəkəsi və güclü logistika şəbəkəsi ilə iş ortaqlarına xüsusi xidmətlər və imkanlar təqdim edən İnci Şirkətlər Qrupu, pərakəndə satış üstünlükləri ilə də Azərbaycanın hər yerindən müştərilərinə dəstək olur.

Pərakəndə satış kanalı ilə kütləvi satışa xas məhsul çeşidi və münasib qiymət üstünlüyü ilə xırda mağazalardan tutmuş bir çox şirkət və ofis qurumların bütün ehtiyaclarını qısa müddətdə təmin edir.

İnci Şirkətlər Qrupu, Çin, Rusiya, Türkiyə və bir çox Avropa ölkələrinin keyfiyyətli markalarını müştərilərə təklif edərək, yüksək xidmətlə müştəri istəklərini doğrultmaqdadır.